DÜNYA


Çexiyanın Baş naziri cərimələnib

Praqa, 7 fevral, AZƏRTAC 

Praqa ətrafındakı Çernoşitse qəsəbəsinin bələdiyyəsi Çexiyanın Baş naziri Andrey Babişə 200 min kron məbləğində cərimə yazıb.

AZƏRTAC xəbər verir ki, qəsəbənin administrasiyası maraqların toqquşması şübhəsi ilə əlaqədar hökumətin başçısını cərimələyib. A.Babiş “Agrofert” holdinqinin tərkibinə daxil olan KİV-lərə nəzarəti davam etdirməkdə şübhəli bilinir. İşə Mərkəzi Çexiya diyarının administrasiyası baxacaq.

“Právo” qəzeti də bu barədə yazıb. Baş nazir qəsəbə bələdiyyəsinin yanvar ayında inzibati qaydada çıxardığı qərardan şikayət verib. A.Babiş hesab edir ki, belə hərəkətlər onu siyasətdən kənarlaşdırmaq cəhdidir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.