Çexiyanın səfiri: Azərbaycanla əlaqələrimiz yüksələn xətlə inkişaf edir
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Çex Respublikası ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir və daha da dərinləşir.
Martın əvvəlində Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek fevralın 6-da Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş hibrid konfransda deyib.
Səfir Azərbaycan Milli Məclisinin sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, Çex Respublikası ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, mədəniyyət və təhsil sahəsində əlaqələrimiz inkişaf etdirilir. Azərbaycanda Çex dilinin öyrənilməsi diqqətdə saxlanılır.
Xəbərin mətnində orfoqrafik səhv var