DÜNYA


Çexiyanın yeni hökuməti ölkənin Səhiyyə Nazirliyinin təklifini dəstəkləmir

Praqa, 6 dekabr, AZƏRTAC

İstefaya gedən Andrey Babişin varisi Baş nazir Petr Fialanın rəhbərlik etdiyi Çexiya hökumətinin yeni tərkibi Səhiyyə Nazirliyinin qərarının yaşı 60-dan yuxarı vətəndaşların məcburi qaydada peyvəndlənməsinə dair paraqrafının ləğvi barədə məsələni müzakirə etmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu fikri əmək və sosial məsələlər naziri vəzifəsinə namizəd Marian Yureçka jurnalistlərə müsahibəsində bildirib. Eyni zamanda, siyasətçi qeyd edib ki, həmkarlar ittifaqları müvafiq peşə sahələrində çalışan işçilərin məcburi qaydada peyvəndlənməsinə tərəfdar olacağı halda, kabinet ayrıca şəkildə istisnalar edə bilər.

Lakin yeni hökumət yaşı 60-dan yuxarı şəxslərin məcburi şəkildə peyəndlənməsi ilə bağlı qərarla razı deyil.

Bundan əvvəl Çexiyanın səhiyyə naziri yaşı 60-dan yuxarı olan şəxslərin, tibb və sosial sahədə çalışanların, hərbçilərin, polislərin, könüllü yanğınsöndürənlərin, tibb məktəblərinin və ali tibb məktəblərinin tələbələrinin, əhalinin bəzi digər kateqoriyalarının məcburi qaydada peyvəndlənməsi barədə qanun layihəsini parlamentə təqdim etmişdi. Qanun qəbul ediləcəyi təqdirdə gələn ilin yazından qüvvəyə minəcəkdi. Lakin, görünür, Səhiyyə Nazirliyinin bu təklifi yeni kabinetin ürəyincə deyil.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.