DÜNYA


Çexiyaya “Mikulaş” gəlib

Praqa, 6 dekabr, AZƏRTAC

“Mikulaş” Müqəddəs Nikolay bayramıdır. Ənənəyə görə, bu müqəddəs insan şeytan və mələyin müşayiəti ilə Çexiya şəhər və qəsəbələrinin küçələrində gəzişərək uşaqlara konfet paylayır. Məhz buna görə bayram günü Praqanın Staromestskaya meydanında qələbəlik olur. Çexiyalılar nağıl qəhrəmanı ilə rastlaşmaq ümidi ilə ailəliklə meydana axışırlar. Həmin gün şəhərə çoxlu turist gəlir.

AZƏRTAC xəbər verir ki, “Mikulaş” günü Qərb xristianlarının dekabrın 6-da qeyd etdikləri Müqəddəs Nikolay günündən bir gün əvvəl – dekabrın 5-də axşam qeyd olunur. Çexiyada bu bayram hətta sosializm dövründə də unudulmayıb.

Praqada bayram şənliklərinin mərkəzi Staromestskaya meydanıdır. Müqəddəs Nikolay və onun məiyyəti, habelə başqa nağıl qəhrəmanları Milad yolkası ucalan səhnəyə çıxaraq insanları salamlayırlar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.