DÜNYA


Çexlərin çoxu qaçqınları qəbul etməyin əleyhinədir

Praqa, 10 noyabr, AZƏRTAC

Çexiya İctimai Rəy Araşdırmaları Mərkəzinin oktyabr ayında apardığı sorğunun nəticələrinə görə, Çex Respublikasının hərbi münaqişələrə cəlb olunmuş ölkələrdən qaçqın qəbul etməsini istəməyən ölkə vətəndaşlarının sayı son vaxtlar artaraq 68 faizə çatıb. Amma illər arasında müqayisədə bu göstərici demək olar dəyişməyib. Məsələn, 2017-ci ilin oktyabrında 69 faiz təşkil edib.

Respondentlərin 24 faizi qaçqınların vətənə dönməsi mümkün olana qədər onları müvəqqəti qəbul etməyə razıdır. Miqrantların həmişəlik Çexiyada qalmasına vətəndaşların yalnız 2 faizi icazə verməyə hazırdır. Sorğuya görə, ölkə əhalisinin çoxu qaçqınları Çexiya, Avropa və bütün dünyanın təhlükəsizliyi üçün böyük təhdid hesab edir.

Çexlərin çoxu qətiyyətlə Yaxın Şərq və Şimali Afrika ölkələrindən qaçqınların qəbul edilməsi əleyhinədir. Hətta Avropa İttifaqının subsidiyalarının itirilməsi də onları qorxutmur. Çexlər Ukraynadan qaçqınların qəbul edilməsinə daha müsbət yanaşırlar, lakin bu məsələdə də mənfi münasibət üstünlük təşkil edir, çünki respondentlərin yalnız 35 faizi bunun lehinədir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.