DÜNYA
Çikaqo xəstəxanasında odlu silahdan açılan atəş nəticəsində 4 nəfər həlak olub
Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 20-də Çikaqodakı xəstəxanada odlu silahdan açılan atəş nəticəsində azı 4 nəfər həlak olub.
AZƏRTAC ABC7 telekanalına istinadla xəbər verir ki, həlak olanların arasında atəş açan şəxs, polis əməkdaşı və reanimasiya şöbəsinin həkimi də var.
Cinayətə avtomobil dayanacağında şübhəli şəxsin keçmiş nişanlısı ilə mübahisəsinin səbəb olduğu bildirilir. Həmin şəxs qadını güllə ilə vurduqdan sonra xəstəxana binasına daxil olub və oradakı insanlara atəş açıb.
İnsident nəticəsində, həmçinin 2 qadın yaralanıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər.
Bundan bir qədər öncə isə Denver şəhərinin mərkəzində analoji hadisə baş verib. Hadisə yerinə gələn polis 1 nəfərin həlak olduğunu və 3 nəfərin yaralandığını bildirib.
İnsidentin təfərrüatları barədə məlumat verilmir. Hər iki cinayətlə bağlı təhqiqat başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]