SİYASƏT


Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında dövlət himnimizin sədaları altında üçrəngli bayrağımız ucaldılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America - ACMA) tərəfindən təşkil olunan tədbirdə təxminən 50-yə yaxın soydaşımız iştirak edib. Bununla da dünya azərbaycanlılarının həmrəyliyi əks etdirilib, Amerika ictimaiyyətinin diqqəti işğalçı Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi terror aktlarına, mülki şəxslərin, xüsusilə azyaşlıların öldürülməsinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.