SİYASƏT
Çili agentliyi Azərbaycanın tarixi, dini abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə yayıb
Madrid, 19 yanvar, AZƏRTAC
Çilinin “Infogate” informasiya agentliyində “Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə tarixi məscidlərin dağıdılmasını pisləyir” adlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinovun Azərbaycanın azad edilmiş Ağdam şəhərindəki Cümə məscidini ziyarət etdiyi bildirilir. Baş katibin Azərbaycan xalqının, bütövlükdə türk xalqlarının görkəmli nümayəndələrinin yaratdıqları abidələrin bərpa olunmasının önəmini qeyd etdiyi bildirilir.
“Infogate” agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda ermənilər tərəfindən dağıdılmış bütün tarixi və dini abidələrin bərpa ediləcəyi, bütün dinlərin məbədlərinin qorunduğu və qorunacağı ilə bağlı fikirlərinə də yer verib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid