İDMAN
Çili mətbuatında “Qarabağ” futbol klubu haqqında məqalə dərc edilib
Madrid, 25 sentyabr, AZƏRTAC
Çilinin “biobiochili.cl” portalında Ağdamın “Qarabağ” klubu ilə bağlı məqalə dərc olunub. “Çempionlar Liqası arzusu ilə yaşayan şəhəri olmayan komanda” sərlövhəli məqalədə klubun UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası olması vurğulanıb.
Yazıda klubun bu mərhələyə yüksələnədək əldə etdiyi qələbələr diqqətə çatdırılıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı doğma şəhəri Ağdamdan qaçqın düşənlərdən biri də məhz “Qarabağ” komandasıdır. Komanda bu şəraitdə də xalqını və azarkeşlərini sevindirməkdə davam edir.
Yazıda “Qarabağ”ın tarixi, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi diqqətə çatdırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]