DÜNYA


Çilidə 6,2 bal gücündə zəlzələ olub

Bakı, 2 noyabr, AZƏRTAC

Çilinin şimalında İkike şəhərindən 89 kilometr məsafədə 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, zəlzələnin ocağı 95 kilometr dərinlikdədir.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib. “24 Horas” portalı zəlzələ nəticəsində İkike çimərliyindən insanların kütləvi şəkildə qaçdığını bildirib. Sunami təhlükəsi yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.