DÜNYA


Çilidə meşə yanğınları: 20-dən çox insan həyatını itirib

Çilidə meşə yanğınları: 20-dən çox insan həyatını itirib

Bakı, 5 fevral, AZƏRTAC

Çilidə meşə yanğınları davam edir.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Çilinin müxtəlif yerlərində, xüsusilə Nuble və Biobio bölgələrində insan itkiləri artır. Ölkənin daxili işlər naziri Karolina Toha həyatını itirənlərin sayının 22-yə çatdığını, 16-sı ağır olmaqla 554 nəfərin xəsarət aldığını bildirib. Onun sözlərinə görə, təbii fəlakət zamanı azı 10 nəfər itkin düşüb.

Karolina Toha bildirib ki, 251 aktiv yanğın ocağından 76-sı bu gün alovlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.