SİYASƏT


Çilinin xəbər agentliyi: Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, həm də beynəlxalq hüquqdadır

Madrid, 13 oktyabr, AZƏRTAC 

Çilinin “Infogate” xəbər agentliyi Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş müşaviri Vasif Hüseynovun “Azərbaycanın gücü təkcə döyüş meydanında deyil, həm də beynəlxalq hüquqdadır” sərlövhəli məqaləsini dərc edib (bax: https://www.infogate.cl/2020/10/09/la-fuerza-de-azerbaiyan-no-esta-solo-en-el-campo-de-batalla-esta-en-el-derecho-internacional/)

AZƏRTAC xəbər verir ki, Vasif Hüseynovun bu məqaləsində qeyd edildiyi kimi, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirir, Azərbaycan Ordusunun əks-hücumlarının qarşısında durmağa Ermənistanın canlı qüvvəsi və hərbi texnikası çatmır, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpasını tələb edir.

Məqalədə diqqətə çatdırılır ki, 1994-cü ilin mayında Rusiyanın vasitəçiliyi ilə birinci Qarabağ müharibəsinə son qoymuş atəşkəs barədə müqavilə bağlanandan 26 il sonra bu il sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişə yenidən genişlənərək az qala tammiqyaslı müharibəyə çevrildi. Münaqişənin eskalasiyası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların iflasa uğramasından sonra başlayıb. Bu gün Azərbaycan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün bərpası tələbi ilə mübarizəni davam etdirir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.