SİYASƏT


Çilinin xəbər agentliyi Ermənistan silahlı qüvvələrinin Mingəçevir və Gəncəyə raket hücumlarından yazır

Madrid, 17 oktyabr, AZƏRTAC 

Çilinin “Infogate” xəbər agentliyinin saytında “Azərbaycan ermənilərin Mingəçevirə və Gəncəyə raket hücumlarına görə hiddətləndiyini bildirir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, agentlik Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu sözlərini sitat gətirir: “Ermənistan ərazisindən Gəncə şəhərinə ballistik raketlər atıldı. Bu, müharibə bölgəsindən çox uzaqdır. Hərbi zərurət yox idi. Ermənistan Xarici İşlər Nazirliyi alçaqcasına bu ağır hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır”. O bildirib ki, bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.

Çili agentliyi qeyd edir ki, Azərbaycan rəhbərliyi və ölkənin Müdafiə Nazirliyi Ermənistan tərəfindən Azərbaycanın iki iri şəhərinə – Mingəçevir və Gəncəyə növbəti dəfə raket zərbələri endirilməsinə görə hiddətləndiyini bildirib.

Çilinin xəbər agentliyin ANAMA-ya istinadla diqqətə çatdırır ki, Gəncəyə atılan raketlər SCUD/Elbrus operativ-taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. Hikmət Hacıyev deyib: “SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.