İDMAN
Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyada dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazanıb
Jesolo, 9 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində iştirak edir. Millimiz ilk görüşündə Çexiya yığmasını 4:1 hesabı ilə məğlub edib. İkinci görüşdə İspaniya futbolçuları ilə qarşılaşan komandamız 5:3 hesabı ilə məğlub olub.
Növbəti oyunda Bolqarıstan yığmasını 3:2 hesabı ilə məğlub edən futbolçularımız çempionatın növbəti mərhələsinə vəsiqə qazanıblar.
Matçda Hikmət Bağırov, Sabir Allahquliyev və Amid Nəzərov hərəyə bir dəfə fərqləniblər.
Dünya çempionatı sentyabrın 14-dək davam edəcək.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Jesolo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]