İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi Küveyt yığmasına qalib gəlib

Bakı, 11 may, AZƏRTAC

Bakıda təlim-məşq toplanışını başa vuran çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə növbəti yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 3:2 hesabı ilə Azərbaycan milli komandasının xeyrinə başa çatıb.

Millimizin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqləniblər.

Xatırladaq ki, komandamız bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.