İDMAN
Çimərlik futbolu üzrə Azərbaycan millisi Macarıstan yığmasına qalib gəlib
Bakı, 23 iyul, AZƏRTAC
Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Azərbaycan milli komandası bu gün Macarıstan yığması ilə qarşılaşıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında futbolçularımız daha dəqiq oynayıb və komandamız 2:1 hesabı ilə qalib gəlib.
Oyun zamanı Sabir Allahquliyev dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.
Növbəti mərhələyə yüksələn millimiz Rusiya, İspaniya və İsveçrə yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]
“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq
- 25.04.2024 [10:37]