İDMAN


Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti dəfə Litva yığmasına qalib gəlib

Bakı, 20 may, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva millisi ilə mayın 20-də növbəti yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Komandamızın heyətində Ramil Əliyev, Emin Mehdiyev, Elçin Qasımov və Sabir Allahquliyev fərqləniblər.

Milli komandalar arasında növbəti oyun mayın 21-də keçirəcək.

Daha əvvəl təşkil olunan yoldaşlıq oyunun yığmamız 5:4 hesabı ilə qalib gəlib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.