İDMAN


Çimərlik futbolu üzrə millimizin oyunlarının tarixi məlum olub

Bakı, 11 avqust, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının “Anoc World Beach Games”in Avropa zonası üzrə seçmə mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatları məlum olub.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, avqustun 27-dən sentyabrın 5-dək İtaliyanın Katanya şəhərində keçiriləcək oyunlarda millimiz C qrupunda Ukrayna və İsveçrə komandaları ilə mübarizə aparacaq. Yığmamız avqustun 29-da İsveçrə, 30-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.