İDMAN


Çimərlik güləşçilərimiz Braziliyada Dünya Seriyası turnirində iştirak edirlər

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-11-də Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, martda Portuqaliyanın Çaves şəhərində təşkil olunan analoji yarışda çıxış etmiş güləşçilərimiz Braziliyada da qüvvələrini sınayacaqlar. Belə ki, məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (90 kq-dan yuxarı) ölkəmizi okeanın o tayında təmsil edəcəklər.

Beynəlxalq dərəcəli hakim Bəşir İsazadə isə ədaləti qoruyacaq.

Xatırladaq ki, Portuqaliyada O.Nəzəriani qızıl, P.İlyaslı və İ.Yusubov isə gümüş medal qazanmışdı. Hər iki yarış payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.