İDMAN


Çimərlik güləşçilərimiz lisenziya xarakterli Dünya Seriyası turnirində iştirak edirlər

Bakı, 11 may, AZƏRTAC

Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin ilk 2 turunun görüşləri keçirilib. Təmsilçilərimizdən İbrahim Yusubov (80 kq) hər iki qarşılaşmadan qalib ayrılıb. Pənah İlyaslı (70 kq) hər iki görüşdə uduzub. Kənan Əliyev (90 kq) və Oyan Nəzərianinin (90 kq-dan yuxarı) aktivində isə 1 qələbə və 1 məğlubiyyət var.

Bu gün sonuncu turun qarşılaşmaları ilə yanaşı, yarımfinal və final baş tutacaq.

Qeyd edək ki, ən ağır çəkidə hər güləşçi cəmi 2 görüş keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.