İDMAN


Çimərlik güləşçilərimiz yeni mövsümə 1 qızıl və 2 bürünc medalla start veriblər

Çimərlik güləşçilərimiz yeni mövsümə 1 qızıl və 2 bürünc medalla start veriblər

Bakı, 29 may, AZƏRTAC

Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsinə yekun vurulub.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 2 gün davam edən yarışda kişilər arasında 4 çəki dərəcəsində iştirak edən millimizin üzvləri 3 medal qazanıblar.

Qrup mərhələsini 4 güləşçimiz uğurla adlayıb. Onlardan İbrahim Yusubov (90 kq) yarımfinal və final görüşlərindən qalib ayrılaraq qızıl medala sahib çıxıb. Ramiz Həsənov (70 kq) və Omid Kamaliagdam (80 kq) bürünc medal əldə ediblər. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib. Beləliklə, çimərlik güləşi üzrə millimiz yeni mövsümü 1 qızıl və 2 bürünc medalla açıb.

Qeyd edək ki, dünya seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.