İDMAN


Çimərlik güləşi üzrə millimiz məşqləri davam etdirir

Bakı, 7 iyun, AZƏRTAC

Çimərlik güləşi üzrə millimiz məşqləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, yay mövsümü başladığı üçün yığmamız artıq açıq havada hazırlıq prosesini bərpa edib. Soyuq hava şəraitində Olimpiya Güləş Mərkəzində yerləşən çimərlik güləşi zalında məşqlər keçirilirdisə, artıq qarşıdan gələn yarışlara dəniz kənarında hazırlaşmaq imkanı yaranıb.

Novxanı çimərliyində növbəti belə məşqlərdən biri baş tutub. Millimizin baş məşqçisi Oyan Nəzəriani və gənclərdən ibarət yığmamızın məşqçisi Əşrəf Əliyevin rəhbərliyi altında reallaşan hazırlıq prosesində yoxlama görüşləri də keçirilib.

Qeyd edək ki, çimərlik güləşi üzrə komandamızın üzvləri üçün mövsüm gələn ay start götürəcək. Güləşçilərimiz iyulun 16-17-də Fransada təşkil ediləcək Dünya Seriyasının ilk mərhələsində ölkəmizi təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.