İDMAN


Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına start verilir

Bakı, 18 avqust, AZƏRTAC

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına start veriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatın açılış oyunu saat 09:30-da qadın komandalar arasında keçiriləcək. “İdman Akademiyası” komandası “Azəryol-2” klubunu sınağa çəkəcək. Qadınlar arasında matçlar bitdikdən sonra saat 17:45-də yarışın açılış mərasimi, daha sonra isə kişi həndbolçular arasında oyunlar keçiriləcək. Kişilərin çempionatında turun ilk qarşılaşması “Məhsul” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri arasında oynanılacaq.

Avqustun 20-dək davam edəcək yarışın ilk iki günü qadın həndbolçulardan ibarət hər klub meydana iki dəfə, kişi komandalar isə bir dəfə çıxacaqlar. Bu gün səkkiz, növbəti üç gün ərzində isə, ümumilikdə, 21 qarşılaşma keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.