CƏMİYYƏT


Çimərlik mövsümünə hazırlıq işlərinin təşkili məsələləri müzakirə olunub

Bakı, 23 may, AZƏRTAC 

Mayın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar tədris-metodiki toplantı keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəisi, daxili xidmət general-mayoru Rüfət Fəradov 2018-ci il ərzində su obyektlərində baş vermiş boğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, Xidmətin fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi sənədlərin hazırlanaraq təsdiq üçün təqdim olunduğunu və artıq “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nın təsdiqləndiyini bildirib. Həmçinin su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlik tərəfindən xidmətin ştat cədvəlinə yeni əlavə olunmuş “Şüvəlan”, “Astara” sularda xilasetmə məntəqələri və “Şəmkir” dalğıc axtarış qrupunun çimərlik mövsümünə qədər təşkili üçün həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Xidmətin struktur bölmələrinin əməkdaşları 2019-cu il üçün çimərlik mövsümünə hazırlıq işlərinin təşkili, suda bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə, eləcə də xilasetmə avadanlığından istifadə zamanı texniki təhlükəsizlik qaydaları haqqında hesabat xarakterli çıxışlar ediblər.

Sonda Xidmət rəisi insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkili üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.