İDMAN
Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları “CEV Kontinental Cup” turnirinin üçüncü mərhələsinə vəsiqə qazanıblar
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi həm kişi, həm də qadınlardan ibarət cütlüklər təmsil ediblər.
Qadınların mübarizəsində Azərbaycan təmsilçiləri hamıdan güclü olublar. Yuliya Kərimova - Rakel Qonzales Fereyra meydan sahibləri Nina Skariç - Aleksandra Frajtoviç və Zinaida Lyubimova - Vivian Kunya cütü digər Serbiya nümayəndələri Milena Matiç - İsidora Yeqiçi üstələyərək turnirin qalibi adını qazanıblar.
Leonid Gritsai - Bernardo Wermelinger Romano və Artyom Fyodorov – Meilton Moises Santos Mercesdən ibarət duetlərimiz isə turnirin finalına kimi irəliləyə biliblər. Həlledici görüşdə hər iki cütümüz bolqarıstanlı rəqiblərinə, müvafiq olaraq Tom Stankov - Silvestr İvanov və Delço Raeva - Kiril Hacıyevə məğlub olaraq turniri ikinci pillədə başa vurublar.
Bununla da həm kişi, həm də qadınlardan ibarət millilərimiz turnirin üçüncü mərhələsinə vəsiqə əldə ediblər.