İDMAN


Çimərlik voleybolu üzrə “CEV European Championship Baku Masters-2014” turniri başlayıb

Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 10-da çimərlik voleybolu üzrə “CEV European Championship Baku Masters-2014” turniri başlayıb.

AZƏRTAC xəbər verir ki, Pirşağıdakı “Həyat” Çimərlik və Voleybol Mərkəzində keçirilən yarışda Azərbaycan, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Yunanıstan, Finlandiya və digər ölkələrin idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Yarışın ilk günündə təsnifat mərhələsinin görüşləri keçirilir. Az reytinqə malik 8 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparır.

Sentyabrın 14-dək davam edəcək yarışda birinci yerin sahibinə 6 min, gümüş mükafatçıya 4 min, turniri üçüncü pillədə başa vuran cütlüyə isə 3 min avro pul mükafatı veriləcəkdir.

Turnir çərçivəsində Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Meyer və birinci vitse-prezidenti Yan Xronik paytaxtımızda qonaq olacaqlar. Qonaqlar sentyabrın 12-də təşkil olunacaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.