İDMAN


Çimərlik voleybolu üzrə “Ulduzlu çempionat” yarışı keçirilir

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Bakı Su İdmanı Sarayında Azərbaycan Voleybol Federasiyasının və “Mədəniyyət” televiziya kanalının dəstəyi ilə çimərlik voleybolu yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, “Ulduzlu çempionat” adlı yarışda tanınmış incəsənət ustaları peşəkar idmançılarla birlikdə birincilik uğrunda mübarizə aparıblar.

İştirakçılar “Bozlar” və “Göylər” adlı komandalara bölünərək yarışıblar. “Bozlar” komandasının heyətində Zamiq Hüseynov, Əməkdar Artist Xəyyam Mustafazadə, çimərlik voleybolu üzrə kişilərdən ibarət yığma komandanın üzvü, idman ustası Vadim Kutukov, voleybolçu Vadim Kempf, “Göylər” komandasında isə muğam ifaçısı Sərxan Bünyadzadə, Fuad Musayev, Azad Şabanov, çimərlik voleybolu üzrə kişilərdən ibarət milli komandanın məşqçisi, idman ustası Samir Nəbiyev yer alıblar. Matç “Bozlar” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.

İştirakçılar yarış haqqında təəssüratlarını bölüşərək, belə təşəbbüslərin reallaşmasından məmnunluqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.