İDMAN


Çimərlik voleybolu üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bakı, 15 sentyabr, AZƏRTAC

Bakı Su İdmanı Sarayında qadınlar arasında çimərlik voleybolu üzrə açıq Azərbaycan çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda 8 cütlük birincilik uğrunda mübarizə aparıb.

Çempionatda Yuliya Jernova – Alina Aslan cütlüyü bütün rəqiblərinə qalib gələrək qalib adını qazanıb. Nərminə Musayeva - Fidan Əhmədxanova cütlüyü yarışı ikinci, İlhamə

Əliyeva – Səmra Qafarova isə üçüncü pillədə başa vurublar.

Mükafatlandırma mərasimində Bakı Su İdman Sarayının rəhbəri Elçin Həsənov, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli iştirak ediblər

Qaliblərə kubok, medal, diplom və hədiyyələr təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.