İDMAN


Çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə açıq ölkə çempionatı başa çatıb.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Su İdmanı Sarayının meydançasında 2 gün davam edən yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizə aparıb.

Çempionatın ikinci günü daha gərgin oyunlarla yadda qalıb. Maraqlı keçən görüşlərdən sonra qadınların yarışında finalda “Xəzri” (Yuliya Jernova/Alina Aslan) “Abşeron”u (Nərminə Musayeva/Fidan Əhmədxanova) 2:0 hesabı ilə məğlub edərək qalib adına yiyələnib.

Kişilərin yarışında isə həlledici görüş “Xızı” (Vadim Kutukov/Asif Əliyev) və “Neftçi” (Ülvi Rəcəbov/Heydər Məmmədli) arasında olub. Matç 2:0 hesabı ilə birincilərin xeyrinə yekunlaşıb.

Çempionatda qadınların yarışında “Azərreyl” (Sənubər Ələsgərova/Asiad Abuyeva), kişilərin mübarizəsində isə “Rabitə Bakı” (Heydər Həsənov/Əli Fərəcov) üçüncü yeri tutub.

Yarış bitdikdən sonra qaliblərin mükafatlandırma mərasimi olub. Mərasimdə Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov, “Smart sport” şirkətinin direktoru Orxan Şahverdiyev, AVF-nin baş katibi Fərid Xəlilov və baş koordinatoru Zöhrab Gözəlbəyli iştirak ediblər.

Açıq Azərbaycan çempionatının qaliblərinə medal, diplom və yarışın sponsorları “LENOVO”, “Division”, “G-Shock”, “Smart Sport”, “Azergold”, “Sirab” və “ElektroPark” tərəfindən pul mükafatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.