İDMAN


Çimərlik voleybolu üzrə açıq ölkə çempionatına start verilib

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə açıq ölkə çempionatına start verilib.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 12 qadın, 16 kişi cütlüyü mübarizəyə qoşulub. Çempionatın ilk günündə təsnifat oyunları baş tutub.

Olimpiya sistemi ilə keçirilən turnirin nəticələrinə əsasən qadın və kişilərin yarışında səkkiz cütlük mərhələ adlayıb.

Onlar iyulun 29-da çempionluq uğrunda mübarizəni davam etdirəcəklər.

Mükafatçılara medal, diplom və turnirin sponsorları tərəfindən hədiyyələr veriləcək.

Final oyunları və mükafatlandırma mərasimi “CBC Sport” kanalında canlı yayımlanacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.