CƏMİYYƏT


Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər

Bakı, 3 avqust, AZƏRTAC 

Bakı və Sumqayıtdakı çimərliklərdə ümumilikdə eyni vaxtda 100 minə yaxın vətəndaşın istirahəti üçün şərait mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“Ötən illərdə də təxminən bu qədər, hətta bundan daha az insan eyni vaxtda çimərliyə üz tuturdu. Düşünmürük ki, burada hər hansı bir növbə yaransın, hər hansı bir çimərlikdə ciddi problemlər olsun. Eyni vaxtda 100 minə yaxın vətəndaşın çimərliklərdən yararlanması nəzərdə tutulub. Burada söhbət təkcə monitorinqin nəticələrinə əsasən tənzimlənə bilən çimərliklərdən gedir. Onu da qeyd edim ki, digər çimərliklər də açıqdır və vətəndaşlar istifadə edə bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.