CƏMİYYƏT


Çimərliklərdə keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Bakı, 28 iyun, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 24-dən 27-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

AZƏRTAC xəbər verir ki, idarənin direktoru Ərəstun Həsənov analizlərin nəticələrinin bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eyni olduğunu diqqətə çatdırıb: “Belə ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zuğulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır. Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Bununla yanaşı, Xəzərin şimal və cənub bölgələrində də monitorinqlər aparılıb. Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisində isə qeyri-qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir”.

Ə.Həsənovun sözlərinə görə nazirliyin mütəxəssisləri tərəfindən hər həftə çimərliklərdə monitorinqlər keçiriləcək, dəniz suyundan nümunələr götürüləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.