CƏMİYYƏT


Çimərliklərdə tibbi maskaların atılması üçün xüsusi konteynerlər qoyulub

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bütün çimərliklərə məsul şəxslər təhkim olunub. Çimərlik operatorları tərəfindən də müəyyən şəxslər ayrılıb ki, orada COVID-19 pandemiyasının yayılmasına qarşı lazım olan tədbirləri həyata keçirsinlər. Çimərliklərdə işləyən bütün qruplarla maarifləndirmə işləri aparılıb, onlara müvafiq təlimatlar verilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Operativ Qərargahın avqustun 3-də keçirilən brifinqdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev söyləyib.

Aparat rəhbəri diqqətə çatdırıb ki, bütün çimərliklərdə məlumatlandırıcı lövhələr yerləşdirilib. Burada sosial məsafənin saxlanılması, gigiyena qaydalarına riayət olunması və sair məlumatlar yer alıb. Bundan başqa, çimərliyə gələn şəxslərə səsgücləndiricilər vasitəsilə tələblərə riayət olunması ilə bağlı məlumatlar da veriləcək.

O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 6 nümunəvi ictimai çimərlik hazır vəziyyətdədir. Həmin çimərliklərdə bütün lazımi tədbirlər görülüb və çox gözəl şərait yaradılıb.

Bundan əlavə, bəzi çimərliklərdə sosial məsafənin saxlanılması üçün iplərlə və digər vasitələrlə nişanlanma işləri aparılıb.

E.Həbibullayev, həmçinin bildirib ki, şəhər kommunal strukturları çimərliklərdə dezinfeksiya işlərinin aparılması və məişət tullantılarının vaxtında daşınması gücləndirilmiş iş rejimində çalışacaqlar. Artıq bunun üçün xüsusi qruplar ayrılıb.

Bundan başqa, bütün çimərliklərdə konteynerlər quraşdırılıb. Həmçinin tibbi maskaların atılması üçün xüsusi konteynerlər qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.