DÜNYA


Çin 100 milyon doza COVID-19 peyvəndi ianə edəcək

Pekin, 10 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikası (ÇXR) inkişaf etməkdə olan ölkələrə əlavə 100 milyon doza COVID-19 peyvəndi ianə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpin BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin zirvə görüşündəki çıxışında deyib.

Çin hökuməti ötən ay bəyan etmişdi ki, cari il ərzində müxtəlif ölkələrə 2 milyard doza COVID-19 peyvəndi təqdim edəcək. Bundan başqa, Pekin COVAX təşəbbüsü üzrə 100 milyon ABŞ dolları yardım edəcəyini də açıqlayıb

Qeyd edək ki, Çin indiyədək təxminən 100 ölkə və beynəlxalq təşkilata ümumilikdə 1 milyard doza COVID-19 peyvəndi təqdim edib. Çin şirkətləri 2 milyard doza peyvənd öhdəliyini yerinə yetirməkdə qərarlı görünürlər. Belə ki, Çin şirkətləri dünyada COVID-19 vaksinlərinə artan tələbatı ödəmək üçün illik istehsal gücünü 5 milyard dozaya çatdırıblar.

Bundan başqa, Çin şirkətləri bəzi ölkələrdə tam və ya qismən vaksin istehsalına da başlayıb. Sentyabrın 9-da Avropa qitəsində ilk olaraq Serbiyada Çinin “Sinopharm” şirkətinin COVID-19 peyvəndi istehsal edəcək zavodun təməli qoyulub. Gələn ilin aprelində hazır olacaq müəssisənin illik istehsal gücü 30 milyon doza vaksindir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.