DÜNYA
Çin ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb
Pekin, 6 dekabr, AZƏRTAC
Çin Xalq Respublikası ölkə ərazisində çalışan ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunyin dekabrın 6-da keçirdiyi mətbuat konfransında Tramp administrasiyasının Çin diplomatlarının ştat, yerli və bələdiyyə rəsmiləri ilə görüşməzdən əvvəl Dövlət Departamentini mütləq məlumatlandırma ilə bağlı oktyabrdan tətbiq etdiyi məhdudiyyətə cavab olaraq rəsmi Pekinin eyni addımı atdığını deyib.
Xua Çunyin artıq bununla bağlı ABŞ-ın Pekindəki səfirliyinin məlumatlandırıldığını bəyan edib.
“Pekin ABŞ da daxil olmaqla, xarici diplomatların və konsulluq əməkdaşlarının Çində qanunlar çərçivəsində normal rəsmi fəaliyyətinə həmişə dəstək verib və bunun üçün lazımi şəraiti yaradıb”, - deyən Xua Çunyin Birləşmiş Ştatları səhv addımlarını dərhal düzəltməyə və Çin diplomatlarına tətbiq olunan məhdudiyyətləri ləğv etməyə çağırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]