DÜNYA


Çin ABŞ diplomatlarına məhdudiyyətlər tətbiq etməyə başlayır

Pekin, 11 sentyabr, AZƏRTAC

Rəsmi Pekin ABŞ-ın Çindəki səfirliyinin, Honkonqdakı diplomatik nümayəndəliyi də daxil olmaqla baş konsulluqlarının əməkdaşlarına bəzi məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi Pekin bu addımını Vaşinqtonun sentyabrın əvvəlində Çin diplomatlarına münasibətdə qəbul etdiyi oxşar qərara cavab olduğunu bildirib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ABŞ-ın həmin qərarının beynəlxalq hüququ və münasibətləri tənzimləyən əsas normaları pozduğunu, həmçinin Çin-ABŞ münasibətlərinə ciddi əngəl törətdiyini bildirib. XİN rəsmisi Pekinin bu qərarının Birləşmiş Ştatları səhv addımlarını mümkün qədər tez ləğv etməyə təşviq məqsədi daşıdığını vurğulayıb. Çin tərəfinin qəbul etdiyi qərarın ədalətli və lazımi cavab olduğunu bildirən Cao Licien Pekinin bundan sonra da ABŞ-ın addımlarına adekvat cavab verəcəyini bəyan edib.

Qeyd edək ki, sentyabrın 2-də rəsmi Vaşinqton Çin diplomatlarının ABŞ-ın ali təhsil ocaqlarında və yerli dövlət orqanlarında görüşlər keçirmək üçün əvvəlcədən Dövlət Departamentindən razılıq almaları barədə qərar qəbul edib. Bundan başqa, Çin diplomatik nümayəndəlikləri öz binalarından kənarda 50 nəfərdən çox adamın iştirakı ilə keçiriləcək mədəni tədbirlər üçün də əvvəlcədən Dövlət Departamentindən razılıq almalıdırlar.

Xatırladaq ki, iyunda Vaşinqton Pekindən Hyustondakı baş konsulluğunu bağlamağı tələb etmişdi. Buna cavab olaraq Pekin ABŞ-dan Çendudakı baş konsulluğunun fəaliyyəti ilə bağlı eyni tələbi irəli sürmüşdü.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.