DÜNYA


Çin ABŞ hərbi gəmisinin ona məxsus sulara qanunsuz daxil olduğunu iddia edir

Pekin, 2 oktyabr, AZƏRTAC

Çin ABŞ hərbi gəmisinin Cənubi Çin dənizində ona məxsus adalar ətrafındakı sulara icazəsiz daxil olmasını təxribat hesab edir.

AZƏRTAC xəbər verir ki, Çin Milli Müdafiə Nazirliyinin rəsmisi U Çian sentyabrın 30-da ABŞ-a məxsus hərbi gəminin Cənubi Çin dənizində Çinə məxsus adalar ətrafındakı sulara daxil olduğunu bəyan edib. Çin hərbi dəniz qüvvələrinə məxsus gəmi bunu müəyyən etdikdən sonra ABŞ gəmisinə xəbərdarlıq edib.

Cənubi Çin dənizindəki adalar və onlar ətrafındakı suların Çinin suverenliyi altında olduğunu bildirən U Çian əlavə edib ki, ABŞ hərbi gəmiləri bir neçə dəfə bu sulara icazəsiz daxil olub. Bu, Çinin suverenliyinə və təhlükəsizliyinə təhdid törədir, iki ölkənin hərbi qurumları arasında əlaqələrə ziyan vurur, regional sülhü və sabitliyi ciddi dərəcədə sarsıdır. Biz bu cür fəaliyyətə qəti qarşıyıq.

Çin Milli Müdafiə Nazirliyinin rəsmisi bəyan edib ki, Çin Silahlı Qüvvələri öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirməyə, ölkənin suverenliyini və təhlükəsizliyini, həmçinin regional sülhü və sabitliyi qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.