DÜNYA
Çin ABŞ-ı “Bir kəmər, bir yol” forumunda iştiraka çağırıb
Pekin, 8 fevral, AZƏRTAC
Çin qapılarını ABŞ-ın üzünə daha geniş açacaq və ikinci “Bir kəmər, bir yol” forumunda iştirak üçün Birləşmiş Ştatlarla əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfiri Çuy Tyankay bəyan edib. O, Çin və ABŞ-ın dünyanın ən iri iki iqtisadiyyatına sahib ölkələr olduğunu vurğulayaraq, tərəflərin bir-birinə daha açıq olmaqla, böyük imkanlardan faydalana biləcəklərini deyib. Çin diplomatı ABŞ-ı apreldə Pekində keçiriləcək ikinci “Bir kəmər, bir yol” forumunda iştirak etməyə çağırıb və ölkəsinin bundan məmnun olacağını bildirib.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqədar ilk beynəlxalq forum 2017-ci ilin mayında Pekində keçirilib. Növbəti forumun cari ilin aprelində yenidən Pekində təşkili planlaşdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]