DÜNYA


Çin ABŞ-ın “Micron Technology” şirkətinə qarşı təhqiqata başlayıb

Çin ABŞ-ın “Micron Technology” şirkətinə qarşı təhqiqata başlayıb

Bakı, 1 aprel, AZƏRTAC

Çin hakimiyyəti yaddaş çipləri istehsalçısı olan ABŞ şirkəti “Micron Technology”-ə qarşı təhqiqata başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Kibertəhlükəsizliyə Nəzarət İdarəsinin cümə günü yaydığı məlumatda deyilir.

“Əsas informasiya infrastrukturunda tədarük zəncirlərinin təhlükəsizliyini qorumaq və gizli kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq, həmçinin milli təhlükəsizlik üçün “Micron Technology” tərəfindən Çində satılan məhsullara qarşı yoxlamaya başlanılıb”, - departamentin açıqlamasında bildirilir.

Bu, agentliyin son bir neçə il ərzində xarici şirkətlə bağlı ilk belə araşdırmasıdır.

“Micron” dünyanın ən böyük yaddaş çipləri istehsalçılarından biridir. Şirkətin məlumatına görə, gəlirinin təxminən 10 faizi Çin bazarından əldə edilir. “Micron”un Shenzhen və Şanxayda ofisləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.