DÜNYA


Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb

Pekin, 13 sentyabr, AZƏRTAC

Çin hökuməti ABŞ-dan idxal olunan bəzi kənd təsərrüfatı məhsullarına, o cümlədən soya və donuz ətinə tətbiq edilən əlavə tariflərin dayandırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tarif Şurası məlumat yayıb.

Qeyd etmək lazımdır ki, sentyabrın 11-də ABŞ-ın 250 milyard dollarlıq Çin mallarına əlavə 5 faizlik tariflərin tətbiqini oktyabrın 15-dək təxirə saldığı açıqlanmışdı. Çin hökuməti ABŞ-ın bu xoşniyyətli qərarını alqışlayıb. Bundan başqa, daha əvvəldən Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsinin oktyabrda keçirilməsi barədə razılıq əldə olunmuşdu. Bütün bunlar dünyanın iki böyük iqtisadiyyatına sahib ölkələr olan Çin və ABŞ arasında zədələnmiş ticari əlaqələrin bərpasına təkan verə bilər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.