DÜNYA


Çin ABŞ məhsullarının əlavə idxal rüsumlarından azad olunmasını daha bir il uzadıb

Pekin, 15 sentyabr, AZƏRTAC

Çin hökuməti bəzi ABŞ məhsullarının əlavə idxal rüsumlarının azad olunması vaxtını daha bir il uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyi məlumat yayıb. Əslində ABŞ-ın 16 adda məhsulunun əlavə idxal rüsumlarından azad olunması sentyabrın 16-da başa çatmalı idi. Avqustun sonunda iki ölkənin ticarət danışıqları üzrə nümayəndələrinin telefon danışığı zamanı tərəflər yanvarda imzalanmış ticarət sazişinin birinci fazasına sadiq olduqlarını bəyan ediblər. Sentyabrın əvvəlində isə ABŞ Çindən idxal olunan bəzi məhsulların əlavə rüsumlardan azad olunması müddətini daha bir il müddətinə uzadıb.

Qeyd edək ki, COVID-19 pandemiyası beynəlxalq ticarətə ciddi ziyan vurub. Pandemiya Çin ilə ABŞ arasında yanvarda Vaşinqtonda imzalanmış ticarət sazişinin birinci mərhələsinin icrasına da mənfi təsir göstərib. Çin hökumətinin cari il üçün iş planında çətinliklərə baxmayaraq, ABŞ-la ticarət razılaşmasının həyata keçiriləcəyi vurğulanıb.

Çin Baş Gömrük Administrasiyasının statistik məlumatına əsasən, ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin ümumi dəyəri 344 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azdır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.