DÜNYA


Çin Amerika avtomobillərinə əlavə vergini təxirə salıb

Bakı, 14 dekabr, AZƏRTAC

Çin Amerika istehsalı olan avtomobillərə və onların ehtiyat hissələrinə 25 faizlik əlavə verginin tətbiqini üç ay müddətinə təxirə salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Anadolu informasiya agentliyi Çin Maliyyə Nazirliyinin bəyanatına istinadla məlumat yayıb. Nazirlik bildirib ki, Amerika avtomobillərinə və onların ehtiyat hissələrinə 25 faiz əlavə verginin yanvarın 1-dən martın 31-dək təxirə salınmasına dair qərar ABŞ Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Si Cinpin arasında bu yaxınlarda əldə olunmuş razılaşmaya əsasən qəbul edilib.

Beləliklə, Pekin Vaşinqtonun 200 milyard dollar dəyərində Çin mallarına tətbiq edəcəyi əlavə vergiyə cavab olaraq ABŞ-da istehsal olunan avtomobillər və onların ehtiyat hissələri üçün 40 faizə qaldırdığı vergini 15 faizə endirib.

ABŞ avtomobilləri Çinin avtomobil idxalının təxminən 25 faizini əhatə edir. Pekin ötən il bu ölkədən 250 mindən çox avtomobil idxal edib.

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin Argentinada keçirilən G20 sammitində görüşərək 90 gün ərzində yeni gömrük vergisi tətbiq etməmək barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.