DÜNYA
Çin Amerika avtomobillərinin idxal rüsumunu aşağı salmağa razılaşıb
Bakı, 3 dekabr, AZƏRTAC
Çinin hakimiyyət orqanları Amerika istehsalı olan avtomobillərinin idxal rüsumunu aşağı salmağa və aradan qaldırmağa razılaşıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
“Çin ABŞ istehsalı olan avtomobillərinin idxal rüsumunu aşağı salmağa və aradan qaldırmağa razılıq verib. Hazırda rüsum 40 faiz təşkil edir”, - deyə prezident qeyd edib.
Dekabrın 2-də ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin Argentinada keçirilən G20 sammiti çərçivəsində görüşüblər. Dövlət başçıları 90 gün ərzində yeni ticarət sazişi imzalamaq üçün səyləri artırmaq barədə razılığa gəliblər. Bununla yanaşı, Ağ evin başçısı 200 milyard dollar həcmində Çin məhsullarının rüsumunu 10 faizdən 25 faizə qaldırmamağa razılıq verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]