CƏMİYYƏT


“Çin-Avrasiya” layihəsinin iştirakçıları panda qoruğunda olublar VİDEO

Çendu, 9 aprel, AZƏRTAC

Çin Beynəlxalq Mətbuat Mərkəzinin nəzdində “Çin-Avrasiya” mətbuat mərkəzinin layihəsinin iştirakçıları Sıçuan əyalətində böyük panda yetişdirilməsi üzrə tədqiqat bazasında olublar.

AZƏRTAC xəbər verir ki, Çendu Tədqiqat Bazası böyük pandanın tədqiqi, mühafizəsi və çoxaldılması üzrə dünyada tanınan elmi-tədqiqat müəssisəsidir. 1980-ci ildə burada cəmi altı xəstə böyük panda olub. Hazırda bazada onların sayı 105-ə çatdırılıb. Buradakı tövlə şəraitində böyük pandaların dünyada ən iri süni şəkildə çoxaldılması populyasiyası mövcuddur. Bazada populyasiyanın irsiliyi yüksək səviyyədədir, heyvanların sağlamlığı və davranışı yaxşıdır.

Pandalara live.ipanda.com saytında onlayn rejimində baxmaq olar.

Bəhruz Vəliyev

AZƏRTAC-ın müxbiri

Çendu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.