DÜNYA


Çin Avropa İttifaqının ən böyük ticarət tərəfdaşına çevrilib

Pekin, 17 sentyabr, AZƏRTAC

Çin bu ilin 7 ayının yekunlarına əsasən, ABŞ-ı qabaqlayaraq Avropa İttifaqının (Aİ) ən böyük ticarət tərəfdaşı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Avrostat” məlumat yayıb. Yanvar-iyul aylarında Avropa İttifaqının Çindən idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxalıb, ABŞ-dan idxal isə 11,7 faiz azalıb. Bu dövrdə Aİ-nin Çinə ixracı cüzi azalıb.

Avropa İttifaqının Çindən sonra ən böyük ticarət tərəfdaşları ABŞ, Böyük Britaniya, İsveçrə və Rusiyadır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.