İQTİSADİYYAT


Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb

Çin-Azərbaycan istiqamətində ikinci konteyner blok qatarı Bakıya çatıb

Bakı, 21 aprel, AZƏRTAC

Çinin Çinqdao şəhərindən ölkəmizə yola salınan ikinci konteyner blok qatarı Bakı Limanına çatıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, qatar hər biri 40 futluq olmaqla 51 konteynerdən ibarətdir.

Daşıma Çin Dəmir Yolları (CRCT) və Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”ın əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Konteynerlər Aktau limanına çatdıqdan sonra operatoru “ADY Konteyner” MMC olan “Baris” fider gəmisi vasitəsilə Bakı Limanına çatdırılıb. Blok qatara daxil olan 10 konteyner Bakıdan Gürcüstana, 3-ü isə Türkiyəyə yola salınacaq.

Qeyd edək ki, Çinqdao-Bakı marşrutu ilə ilk konteyner blok qatarı bu ilin fevralında Bakıya çatıb.

2021-ci ilin sonunadək “ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.