İDMAN


Çin Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində qadın cüdoçularla təmsil olunacaq

Bakı, 15 aprel, AZƏRTAC

Çin yığması mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində qadın cüdoçularla təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, Bakı tatamisində Çin yığmasının heyətində Hongjie Tian (57 kq), Jing Tang (63 kq) və Fei Çen (78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, Fei Çen bu il Obervart şəhərində təşkil olunan Avropa kuboku və Parisdə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb. Yığmanın digər üzvü Jing Tang da Avropa kubokunun bürünc medalçısıdır. O, həmçinin aprelin əvvəlində baş tutan Antalya Qran-Prisində ikinci olub.

İndiyədək 54 ölkə (474 cüdoçu) Bakı turnirinə qatılacağını təsdiqləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.