DÜNYA


Çin “Beidou” naviqasiya sisteminin növbəti peykini orbitə çıxarıb

Bakı, 10 iyul, AZƏRTAC

Çin “Beidou” milli naviqasiya sisteminin 32-ci peykini uğurla orbitə çıxarıb. Bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) məlumatında deyilir.

AZƏRTAC “TASS” resursuna istinadən bildirir ki, bu, “Changzheng” raketdaşıyıcıları seriyasından buraxılan 280-ci raket buraxılışıdır.

Məlumata görə, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “Beidou” regional peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. 2020-ci ilədək peyklərin sayının 35-ə çatdırılması planlaşdırılır. Bu baş verəcəyi halda sistemdən bütün dünyada istifadə etmək mümkün olacaq.

2018-ci ilin Çinin bir sıra kosmik proqramlarının inkişafında əsas il olacağı gözlənilir, eləcə də əksər layihələrin həyata keçirilməsi başlıca mərhələyə daxil olacaq. Yanvar-dekabr ərzində Çin orbitə 18 kosmik naviqasiya aparatı çıxarmağı planlaşdırır. Bunun nəticəsində “Beidou” sistemi İpək Yolu iqtisadi zonasının bütün ölkələrinin ərazisini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.