DÜNYA
Çin Beynəlxalq İdxal Sərgisi üçün xüsusi məhkəmə fəaliyyətə başlayıb
Pekin, 9 oktyabr, AZƏRTAC
Şanxayda keçiriləcək birinci Çin Beynəlxalq İdxal Sərgisi üçün xüsusi məhkəmə fəaliyyətə başlayıb.
AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, məhkəmə Çin tarixində ən böyük idxal sərgisi ilə bağlı bütün mülki və iqtisadi məsələlərə baxacaq. Məhkəmə iş prosesində beynəlxalq ticarət qanunlarını və qaydalarını əsas götürməklə həm yerli, həm də xarici kommersiya subyektlərinin hüquqlarının təminatına çalışacaq. Artıq məhkəmənin Çin və ingilis dillərində internet səhifəsi də fəaliyyətə başlayıb.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla 130 ölkədən 2800 şirkət noyabrın 5-10-da Çin Beynəlxalq İdxal Sərgisində öz məhsullarını təqdim edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]