DÜNYA


Çin “Bir kəmər-bir yol” təşəbbüsü ölkələrinə 130 milyard dollar sərmayə qoyub

Bakı, 24 iyun, AZƏRTAC

Çin kompaniyalarının “Bir kəmər-bir yol” təşəbbüsünə üzv ölkələrin iqtisadiyyatlarına birbaşa sərmayəsi yeddi il ərzində 130 milyard dolları ötüb.

AZƏRTAC ÇXR Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, bu barədə Çinin xarici siyasət idarəsinin rəhbəri Van İ təşəbbüs çərçivəsində Asiya-Sakit okean regionunda əməkdaşlığa həsr olunan videokonfransda çıxış edərkən deyib.

“Son səkkiz ildə “Bir kəmər-bir yol” təşəbbüsünə üzv ölkələrlə ümumi əmtəə dövriyyəmiz 9,2 trilyon dolları keçib. Çin kompaniyalarının layihə ölkələrinə birbaşa sərmayələri isə 130 milyard dolları ötüb”, - deyə nazir bildirib. Onun sözlərinə görə, “Bir kəmər-bir yol” təşəbbüsü ölkələrinin əməkdaşlığı pandemiya zamanı da dayanmayıb, əksinə, axına qarşı gedərək güc və dözümlülük nümayiş etdirib, davamlı inkişaf sahəsində təcrübə mübadiləsi üçün onlarla beynəlxalq konfrans keçirilib.

Qeyd edək ki, “Bir kəmər-bir yol” təşəbbüsü 2013-cü ildə ÇXR lideri Si Cinpin tərəfindən Çinin və xarici dövlətlərin kapitalından istifadə olunmaqla mümkün qədər çox ölkənin iştirak etdiyi beynəlxalq çoxtərəfli ticarət və investisiya layihələrini aktivləşdirmək məqsədilə təklif edilən konsepsiyadır. Artıq 150-dən çox ölkə və beynəlxalq təşkilat bu layihəyə qoşulub. Azərbaycan bu təşəbbüsə ilk olaraq qoşulan və layihədə fəal iştirak edən ölkələrdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.